“Sampdoriya” klubunun daha dörd futbolçusu - müdafiəçi Omar Kolli, yarımmüdafiəçi Albin Ekdal, cinah oyunçusu Morten Torsbi və hücumçu Antonio La Quminaya koronavirus diaqnozu qoyulub.
Onların hamısından götürülən test müsbət nəticə verib.Fiorentina"nın hücumçusu Duşan Vlahoviç də koronavirusa yoluxub. Xatırladaq ki, bu xəstəlik 2 gün əvvəl “Sampdoriya”nın digər hücumçusu Manolo Qabbyadinidə də aşkarlanmışdı. Buna qədər isə A Seriyasında çıxış edən klublar arasında ilk belə hal "Yuventus"un müdafiəçisi Daniele Ruqanidə müəyyən edilmişdi. Turin klubu futbolçunu bütün şəxslərdən təcrid edib.
Hücumçu Paulo Dibalanın da yoluxması barədə xəbərlər yayılsa da, həm klub, həm də futbolçu bu məlumatı təkzib edib.